COP29

GƏRGİN ANLAR: Qonaq komanda və hakimlər meydanı tərk etdi - OLAYLI VİDEO

9 May 19:00 Hadisə 794
GƏRGİN ANLAR: Qonaq komanda və hakimlər meydanı tərk etdi - OLAYLI VİDEO

Birinci Liqanın 25-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” matçında qalmaqal yaşanıb.

Buna səbəb oyunun 40-cı dəqiqəsində baş hakim İnqilab Məmmədovun meydan sahiblərinin vurduğu qolu qeydə almaması olub.

Qərara etiraz edən yerli azarkeşlər meydançaya yad əşyalar atıblar.

Narazılığın böyüdüyünü görən hakimlər briqadası matçı yarımçıq saxlayıb, paltardəyişmə otağına yollanıb.

Qonaq komanda da referilərin ardınca meydançanı tərk edib.

“İmişli”li futbolçuların təxminən 10 dəqiqəlik gözləntisindən sonra rəqib futbolçular və hakimlər meydana qayıdıb.

Görüş qaldığı yerdən davam etdirilib.

Hazırda son dəqiqələri oynanılan matçda hesab açılmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti