COP29

Həvəskar futbolçular AFFA-nı necə incidir?

9 May 00:50 Hadisə 404
Həvəskar futbolçular AFFA-nı necə incidir?

AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Həvəskarlar Liqasında II turun “Sparta” və “Gənclər” arasında baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalandırılıb.

Eyni liqada çıxış edən "Dirçəliş"in futbolçusu Oruc Məmmədov da 4 oyunluq diskvalifikasiya edilib.

Buna onun "City Baku" ilə matçda təcavüzkar davranışa (rəqibi əl ilə vurmaq) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

AFFA Gənclər Liqasında keçirilən "Səbail" - İCBFA matçında isə birincilərin futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti