Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO

22 Aprel 2024 18:30 Hadisə 796
Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO

Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın 5 üzvünü saxlayıb.

Bu barədə “Armtoday” nəşri təşkilatın sosial şəbəkə hesabına istinadən məlumat yayıb.

Bildirilir ki, silahlı qruplaşmanın üzvləri - Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan Noyemberyan rayonunun polis şöbəsinə aparılıb.

Onların Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri bildirilir.

Qeyd olunur ki, mart ayında da polis Tavuşun Əskipara kəndinə getməyə cəhd edən bir neçə qruplaşma üzvünü qanunsuz silah-sursat saxlamaqda və gəzdirməkdə şübhəli bilərək saxlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...