COP29

Ronaldo məhkəməyə verildi – Ondan tələb edirlər ki...

29 Noyabr 2023 22:00 Hadisə 1 310
Ronaldo məhkəməyə verildi – Ondan tələb edirlər ki...

Sportinfo.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə əlaqədar ABŞ-da məhkəməyə verilib.

Florida ştatının ABŞ-ın Dairə Məhkəməsində qaldırılan iddiada qeyd olunur ki, “Binance” birjası portuqaliyalı futbolçunun köməyi ilə qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər.

Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.

Ronaldo bu qış “Mançester Yunayted”dən “Əl-Nəsr”ə keçib. 38 yaşlı forvard bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!