“Bu, Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır”

3 İyun 2023 07:20 Hadisə 535
“Bu, Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır”

“Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

“Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, - deyə dövlət başçısı qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş