"Azərbaycanlılar irəli getdi, istehkam işləri apardı və..."

27 Mart 2023 15:50 Hadisə 372
"Azərbaycanlılar irəli getdi, istehkam işləri apardı və..."

Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər və bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyacları yoxdur.

Bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputatı Tiqran Abramyan özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan bölmələrinin irəliləməsindən və Xankəndi-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarətin qurulmasından sonra rus sülhməramlıları onların daha da irəliləməsinin qarşısını almaq üçün onların qarşısında dayanıblar.

Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər və bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyacları yoxdur.

Onlar irəliləyiblər, məskunlaşıblar, istehkam işləri aparıblar və mühüm yola nəzarət ediblər, qalan məsələlər isə artıq ikinci dərəcə xarakteri daşıyır.

Azərbaycanın son 2,5 ildə irəlilədiyi və geri çəkilmədiyinə dair kifayət qədər nümunələr göstərmək olar.

Belə çətin vəziyyətlər bir-birinin ardınca gələcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - deyə, erməni deputat yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!