Tanınmış futbol adamıı yola salındı, YOXLAMA BAŞLADI

20 Mart 2023 17:20 Hadisə 828
Tanınmış futbol adamıı yola salındı, YOXLAMA BAŞLADI

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerini itirib.

O, ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postundan uzaqlaşdırılıb.

30 ildən artıqdır adıçəkilən mərkəzə rəhbərlik edən Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş senzini əsas götürüb. «Neftçi»nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.

Onun yerinə təyinat yaxın günlərdə açıqlanacaq. Buna qədər isə Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin fəaliyyəti ilə bağlı hesabat masanın üzərinə qoyulacaq.

İş ondadır ki, nazirlik tərəfindən adıçəkilən mərkəzdə maliyyə yoxlaması aparılır. Tuayevin dönəminə aid bütün sənədlər incələnir, bu illər ərzində ora ayrılan vəsaitin istiqaməti üzrə xərlənib-xərclənməməsi araşdırılır.

Artıq bəzi maraqlı faktların üzə çıxmasına dair qeyri-rəsmi xəbərlər var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti