"Xan Lənkəran"ın prezidenti xahiş(lər)i nəzərə aldı, klubu yaşatdı

2 Fevral 2023 19:00 Hadisə 1 651
"Xan Lənkəran"ın prezidenti xahiş(lər)i nəzərə aldı, klubu yaşatdı

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov yenidən futbol sahəsinə dönüb.

Müxtəlif səbəblərdən ötən ilin oktyabrında bu sfera ilə əlaqələrini kəsən gənc iş adamı ona edilən müraciətləri nəzərə alıb.

AFFA-nın təşkilatçılığı ilə keçirilən müxtəlif yaş qrupları üzrə ölkə çempionatında təmsil olunan lənkəranlılar bununla fəaliyyətini tamamilə dayandırmaq təhlükəsindən qurtulub.

«Xan Lənkəran» ötən sezon Region Liqasında qüvvəsini sınayıb və finaladək irəliləyib.

Cənubö təmsilçisi cari «futbol ili»ndə I Divizionda yarışmaq niyyəti ilə AFFA-ya çoxsaylı müraciətlər ünvanlayıb, hətta varislik məsələsini gündəmə gətirib.

«Xan»ın təmsilçiləri «Qobustan» başda olmaqla, 5 komandanın onlarla birləşmək barədə məktubunu federasiyaya təqdim edib.

Gəl ki, qurum Pərviz Hüseynovun İstanbulda «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla görüşməsini, iki klubun birləşməsi yönündə

mətbuata verilən açıqlamalardan qeyzlənərək, «Xan Lənkəran»ın peşəkar statuslu çempionatda iştirakına icazə verməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!