“Bunun nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək"

12 İyun 08:40 Basketbol 379
“Bunun nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək"

Azərbaycanın 16, 18 və 20 yaşadək qızlardan ibarət basketbol milliləri Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışında beynəlxalq təcrübə qazanmaq imkanı əldə ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandaların baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Türkiyəli mütəxəssis hazırlıq prosesinin faydalı olduğunu bildirib:

"Yoxlama oyunlarında güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək".

U-16, U-18 və U-20 milli komandaları 26 may – 4 iyun aralığında Minskdə təlim-məşq toplanışında olublar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!