"Putin Azərbaycanla bağlı bu ideyanı dəstəklədi" - Paşinyan

24 Noyabr 2022 17:30 Hadisə 509
"Putin Azərbaycanla bağlı bu ideyanı dəstəklədi" - Paşinyan

"Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub.

Putin dəmir yolunun bərpası ideyasını dəstəkləyib".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Rusiya prezidenti ilə danışıqlar zamanı müəyyən siqnallar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Arazdəyən yolundan gedir”, - Paşinyan bildirib.

Erməni baş nazir beynəlxalq tərəfdaşların bu layihəyə böyük maraq göstərəcəyinə ümid etdiyini deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında ikitərəfli görüş olub.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi