Xanım idman müxbirinin başı rəqsə qarışdı, onu qarət etdilər - HƏMİN ANIN VİDEOSU

23 Noyabr 2022 15:20 Hadisə 379
Xanım idman müxbirinin başı rəqsə qarışdı, onu qarət etdilər - HƏMİN ANIN VİDEOSU

Argentinanın “Todo Noticias” telekanalının müxbiri Dominik Metzger Qətərdə futbol üzrə dünya çempionatından canlı yayım zamanı qarət edilib.

Sportinfo.az xəbər verir ki, o, turnirin ilk oyunu öncəsi Dohanın Korniş bölgəsindən yayıma çıxıb.

Canlı yayım zamanı jurnalist azarkeşlərlə rəqs edib. Bundan sonra çantasında pul və sənədləri yoxa çıxıb.

Oğurluq anı kadra düşməsə də, jurnalist bunun çəkiliş zamanı baş verdiyinə əmindir.

“Yanımda bütün lazımi əşyalar olan kiçik bir çanta, pul kisəsi, hotel otağımızın açarları, bir neçə salfet var idi. Mən izdihamla rəqs edirdim və əminəm ki, o zaman kimsə çantamı açıb pul kisəmi götürüb.

Veriliş bitirdikdən sonra pulqabımı götürüb bir şüşə su almaq istədim və çantada heç bir şeyin olmadığını başa düşdüm”, - deyə Metzger deyib.

O, əlavə edib ki, oğurluq barədə polisə məlumat verib.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi