“Xan Lənkəran”ın prezidenti Mübariz Mənsimovla görüşdü, şübhəli şəkil paylaşdı - FOTO

22 Sentyabr 2022 19:40 Hadisə 1 720
“Xan Lənkəran”ın prezidenti Mübariz Mənsimovla görüşdü, şübhəli şəkil paylaşdı - FOTO

“Xan Lənkəran”ın prezidenti növbəti dəfə Mübariz Mənsimovla görüşüb.

Türkiyədə səfərdə olan Pərviz Hüseynov “Xəzər Lənkəran”ın fəxri prezidenti ilə görüşdən çəkilən fotonu “instagram” hesabında paylaşıb.

Həmin fotonun ardınca qara fonda ağ hərflərlə yazılmış “XL” abreviaturası diqqət çəkib.

İzləyicilərin ehtimalına görə, Pərviz bəy məhz bu paylaşımla “Xəzər Lənkəran”ın ən qısa zamanda qara günlərdən ağ günlərə çıxacağına müsaj verib.

İdman direktoru təyin edildi - Millinin keçmiş oyunçusu

Nəzərinizə çatdıraq ki, klub rəhbərləri bu ilin əvvəlində də İstanbulda bir araya gəlmişdi.

Həmin vaxt Mübariz bəyin “Xəzər Lənkəran” adını yaşatmaq üçün “Xan Lənkəran” rəhbərliyinə həvalə etdiyi bildirilmişdi. Hətta Lənkəran şəhər stadionundan uzaqlaşan komanda həmin görüşdən sonradan “Fırtnalar meydanı”na qayıtmışdı.

Ötən mövsüm Region Liqasında çıxış edən və gümüş medallara sahib olan bölgə təmsilçisi cari mövsümün əvvəlində Birinci Diviziona buraxılmadığından, klub rəhbərliyi “Xan Lənkəran”ın fəaliyyətini qeyri-müəyyən vaxta dondurduğunu açıqlamışdı.

HƏBİB SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”