Yekun tədbirdə hansı mövzulara toxunuldu? - FOTOLAR

3 İyul 2022 04:00 Hadisə 357
Yekun tədbirdə hansı mövzulara toxunuldu? - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm Assosiasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası üsulunun təşviqi” layihəsinin yekun tədbiri keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Autizm Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Məmmədov layihə çərçivəsində Tovuz, Quba və İsmayıllı şəhərlərində təşkil olunan təlimlər barədə məlumat verib, əldə olunan nəticələrə qısa nəzər salıb.

Xüsusilə qeyd olunub ki, Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası bu sahədə yeni tətbiq edilən, amma bununla yasında ixtisaslaşmış qurumlar tərəfindən müsbət dəyərləndirilən üsullardandır.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra layihənin təlimçisi Tofiq Məmmədov tədbir iştirakçılarının diqqətinə Bocce idman növünün faydası, keçirilmə qaydaları və autizmli uşaqların reabilitasiyasında onun üstünlükləri barədə ətraflı danışıb.

Təlimçi praktiki məşğələlər vasitəsilə Bocce idman növünün müxtəlif üsullarını nümayiş etdirib və onun autizmli uşaqların reabilitasiyası sahəsində tətbiqi imkanları barədə məlumat verib.

Yekun tədbirdə iştirak edən reabilitasiya mərkəzlərinin, idman klublarının nümayəndələri, könüllü gənclər Bocceyə maraq göstərdiklərini qeyd edib, gündəlik icra etdikləri təlim-tədris proqramlarında bu idman növündən geniş istifadə edəcəklərini əminliklə bildiriblər.

​Tədbirin sonunda iştirakçılardan ibarət yaradılmış komandalar arasında mini-turnir keçirilib. Həm turnirdə, həm də ümumiyyətlə, layihənin icrası zamanı fəallığı ilə seçilən maraqlı tərəflərin və hədəf qruplarının nümayəndələri sertifikat və hədiyyələrlə təltif olunublar.



Digər Xəbərlər
Xəbər Lenti