Pornoaktrisanı döyüb?

7 May 2025 02:40 Hadisə 1 253
Pornoaktrisanı döyüb?

Pornoaktrisa Şarlotta Laviş "İnter"in hücumçusu Markus Tyuramı məişət zorakılığında ittiham edib.

Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşdığı videoda döyülmə izlərini göstərib.

Onun sözlərinə görə, həmin xəsarətləri futbolçu hələ Münhenqladbax "Borussiya"sında çıxış etdiyi dövrdə yetirib. Laviş bildirib ki, Tyuram onu otaqda kilidləyib və videonu silməyə çalışaraq ona hücum edib.

İzləyicilərdən biri niyə bu hadisəni üç ildən sonra ictimailəşdirdiyini soruşduqda Şarlotta qeyd edib ki, bu addımı maliyyə qazancı üçün atmır və düşünür ki, futbolçu heç bir cəza almayacaq.

Tyuram 2019-2023-cü illərdə "Borussiya"da çıxış edib, daha sonra "İnter"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı