Rəşad Sadıqov Zubirə elə cavab verdi ki... – “Qarabağ”lı peşman oldu

22 May 2022 17:00 Hadisə 2 486
Rəşad Sadıqov Zubirə elə cavab verdi ki... – “Qarabağ”lı peşman oldu

Rəşad Sadıqov mayın 21-dəki mükafatlandırma mərasimindən sonra sosial şəbəkə hesabında paylaşım edib.

Məşqçilik karyerasında “Zirə”nin çalışdırıcısı kimi ilk medalına qovuşan (bürünc) 39 yaşlı mütəxəssis hislərini “instagram”dakı dostları ilə bölüşüb.

O, “Azərsun Arena”da medalla çəkdirdiyi şəklini paylaşaraq, altında bu sözləri yazıb:

“Zirə” ailəsini bürünc medal qazanmağımız münasibəti ilə təbrik edirəm!”

Paylaşıma şərh yazanlardan biri vaxtilə “Qarabağ”da Sadıqovla çiyin-çiyinə oynamış Abdullah Zubir olub. Fransalı futbolçu “Zirə”nin baş məşqçisini təbrik edib:

“Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm”.

Sadıqovun cavabı özünü çox gözlətməyib. Gənc çalışdırıcı Zubirə atmacalı cavab verib:

“Təşəkkür edirəm, qardaşım. İnşallah, ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyunundan sonra da təbrik edərsən”.

Azərbaycan Kubokunun qalibinin adına mayın 27-də Qəbələ stadionunda “Qarabağ”la “Zirə” arasında baş tutacaq oyundan sonra aydınlıq gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti