Iki gün ərzində 2 final - Futbol tarixində belə şey olmamışdı

21 May 2022 18:40 Hadisə 934
Iki gün ərzində 2 final - Futbol tarixində belə şey olmamışdı

İspaniyalı futbol hakimi Mateo Laos bu gün tarixə düşəcək.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı Laos iki gün ərzində iki final matçını idarə edəcək.

Futbol tarixində indiyədək belə şey olmayıb.

İspaniyalı referi mayın 19-da “Əl-Hilal” və “Əl-Feyha” komandaları arasında Səudiyyə Ərəbistanı kubokunun həlledici oyununda iş başında olub.

Laos bu gün Yunanıstan kubokunun final matçını da idarə edəcək. “Panatinaikos” – PAOK qarşılaşması saat 21:00-da başlayacaq.

“Əl-Feyha” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında “Əl-Hilal”ı məğlub edib – 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da