Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.
Ağdam təmsilçisi Bakıda Frankfurt "Ayntraxt"ını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
"YaaRa Tekstil"in təsisçisi və direktoru Yaqut Bayram bu matçla bağlı fikirlərini "Sportinfo TV"də dilə gətirib.
Tanınmış xanım iş adamı Azərbaycan çempionundan uğur gözlədiyini söyləyib.
"Güvəndiyimiz dağlara qar yağmaz" ifadəsini işlədən Y.Bayram bildirib ki, rəqib güclü olsa da, o, 90 dəqiqənin "köhlən atlar"ın xeyrinə başa çatacağını düşünür.
Azarkeşləri stadiona, doğma komandalarını dəstəkləməyə səsləyən müsahib qeyd edib ki, "Qarabağ" hər cür alqışa layiqdir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

