Məşhur klub Mahir Emrelinin transferindən imtina etdi

28 Yanvar 2022 09:20 Hadisə 6 326
Məşhur klub Mahir Emrelinin transferindən imtina etdi

"Dinamo" (Zaqreb) "Legiya"ya məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.

Sportinfo.az "index.hr" saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi "Başakşehir"in 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.

Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da