Erməni ilə söhbət edən azərbaycanlı: “Bu dili öyrənməyə vaxtım yoxdur"

14 Yanvar 2022 23:00 Hadisə 1 550
Erməni ilə söhbət edən azərbaycanlı: “Bu dili öyrənməyə vaxtım yoxdur"

"Əlbəttə, atam azərbaycanca bilirdi".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov erməni jurnalist-blogerin "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.

Keçmiş yarımmüdafiəçi atası Sergey Səmədovun hərbi xidmətlə əlaqədar Rusiyaya çox erkən getdiyini xatırladıb:

"O, hərbi dəniz donanmasında - sualtı qayıqda xidmət edib. Xidmətini başa vurduqdan sonra Moskkvaya gələrək təhsil alıb, işləyib.

Təəssüf ki, indi aramızda deyil. Azərbaycanca yanaşı, rusca da yaxşı danışırdı. Həyatının böyük hissəsini burada yaşadı".

A.Səmədov özünün Azərbaycan dilini öyrənmək istəyindən də danışıb:

"Əlbəttə, öyrənmək istərdim. Çünki köküm oradandır. Arzum var, amma vaxtım yoxdur. Söz verirəm ki, bu məsələ ilə məşğul olmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti