Qazaxlar “Qarabağ“a kömək edə bilmədi, “Bazel” qrup liderliyinə yüksəldi - VİDEO

26 Noyabr 2021 01:00 Hadisə 418
Qazaxlar “Qarabağ“a kömək edə bilmədi, “Bazel” qrup liderliyinə yüksəldi - VİDEO

Konfrans Liqasında qrup mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın mübarizə apardığı H qrupunda V tura start verilib.

Günün ilk matçı Almatıda baş tutub. Qrupdan çıxa bilməyəcəyi rəsmiləşən “Kayrat” “Bazel”i qəbul edib.

Məhsuldar keçən görüşdə 5 qol vurulub. “Qarabağ”la qrup qalibi adı uğrunda mübarizədəki rəqibi “Bazel” səfərdə çətin qələbə qazanıb.

İsveçrə klubu iki dəfə hesabda geri düşsə də, Qazaxıstan təmsilçisi üzərində əzmkar qələbə ilə liderliyə yüksəlib.

“Qarabağ” V turun oyununda “Omoniya” ilə qarşılaşacaq. Ağdam klubu saat 21:45-də başlayacaq görüşdə qalib gəlsə, liderliyi qaytaracaq.

“Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə) 2:3
Qollar:
Vaqner Lav, 23, Kamo Hovanesyan, 56 – Artur Kabral, 45 (pen.), Edon Jeqrova, 69, Pajtim Kasami, 73

Digər Xəbərlər
Xəbər Lenti