Problem həllini tapdı, FIFA milli federasiyanın fəaliyyətini bərpa etdi

12 Oktyabr 2021 22:00 Hadisə 420
Problem həllini tapdı, FIFA milli federasiyanın fəaliyyətini bərpa etdi

FIFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.

Sportinfo.az xəbər verir ki, qərar yerli hökumətin FTFA-ya verilən səlahiyyətləri bərpa etməsindən sonra qəbul olunub.

Hakimiyyət futbolu müvəqqəti idarə etməkdən ötrü milli komitə yaratmaq fikrindən daşınıb. Milli federasiyanın binaları yenidən qurumun prezidenti Moktar Mahamudun nəzarətindədir.

FIFA FTFA-nın fəaliyyətini apreldə dayandırıb. Həmin vaxt ölkənin səlahiyyətli nümayəndələri təşkilatın mandatını birdəfəlik ləğv edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!