"Bu halda 100 faiz kömək edə bilmərəm" - MİLLİDƏN İMTİNA ETDİ

23 Sentyabr 2021 00:00 Hadisə 918
"Bu halda 100 faiz kömək edə bilmərəm" - MİLLİDƏN İMTİNA ETDİ

"Zenit"in lideri Artyom Dzyuba Rusiya millisinin oktyabrda keçirəcəyi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə matçlarında oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu "Matç TV"yə açıqlamasında deyib.

Təcrübəli forvard optimal formasından uzaq olduğu üçün belə qərar qəbul etdiyini bildirib:

"Bu halda yığmaya 100 faiz kömək edə bilmərəm. Ötən mövsüm çox gərgin və uzun alındı. Avropa çempionatından gözləntilər böyük idi.

Ciddi hazırlıq keçdik, əlimizdən gələni etdik, amma nəticə uğursuz oldu. Bütün bunlar həm fiziki formaya, həm də emosional vəziyyətə təsir etdi".

Yığmanın baş məşqçisi Valeri Karpin qarşıdakı oyunlar üçün açıqladığı ilkin heyətdə Dzyubaya da yer vermişdi.

H qrupunda mübarizə aparan Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti