İdman obyektlərində spirtli içkilər satılmayacaq

23 İyun 2021 02:24 Hadisə 938
İdman obyektlərində spirtli içkilər satılmayacaq

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idman obyektlərinin ərazisində spirtli içkilər satılmayacaq.

Sportinfo.az xəbər verir ki, Təşkilat Komitəsi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

İddiaya görə, əvvəlcə satış nəzərdə tutulsa da, müxalifətin tənqidləri və yerli əhalinin mənfi reaksiyası ilə üzləşən təşkilatçılar sonradan fikrini dəyişib.

Qadağa ilə bağlı rəsmi açıqlamanın 1 həftə ərzində veriləcəyi gözlənilir.

Maraqlıdır ki, olimpiadanın sponsorlarından biri Yaponiyanın spirtli içkilər istehsal edən "Asahi" şirkətidir. Təşkilat Komitəsinin saytında "Asahi" içkiləri "Tokio 2020"nin "rəsmi pivəsi" kimi göstərilib.

Olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!