Ramzan Kadırovun oğlunun şübhəli qələbəsi söz-söhbət yaratdı

20 Aprel 2021 02:24 Hadisə 721
Ramzan Kadırovun oğlunun şübhəli qələbəsi söz-söhbət yaratdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun boks matçındakı qələbəsi sosial-mediada ciddi söz-söhbətə səbəb olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qorznıy-İnform” saytı məlumat yayıb.

Verilən informasiyaya görə, boks döyüşü “Əfsanələrin Zamanı: Xüsusi Əməliyyat” adı verilən turnir çərçivəsində baş tutubmuş. Xəbərə əsasən, kiçik Kadırov texniki nokautla qalib gəlib.

13 yaşlı boksçu Kabardin-Balkariyadan olan rəqibi Aslan Bittirova heç bir şans tanımayıb. Lakin Twitter şəbəkəsində aktiv olan fanatlar başqa detallara diqqət yetiriblər.

Onların fikrincə, boks döyüşünə hakimlik edən şəxs Aslan Bittirovun əli və dizi ilə döşəməyə dəymədən nokdaun hesabını saymağa başlayıb.

Bundan başqa, Kabardin-Balkariyadan olan nümayəndələr dəsmalı döşəməyə atmayıb (bu hərəkət boks döyüşündə məğlubyyəti qəbul etmək sayılır-red.). Şərhçilər bütün bunların fonunda baş verənləri ən az anlaşılmaz adlandırıb.

Bu ilin fevralında Adəm Kadırov özünün ilk seçkilərini də “qazanıb”. Onu Əhməd Kadırov adlı Təhsil mərkəzini şagird özünüidarə dərnəyinin prezidenti təyin ediblər.

Bir il əvvəl isə A.Kadırov Türkiyənin populyar “Diriliş Ərtoğrul” serialında çəkilibmiş.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!