COP29

Dünya futbolunun iki ulduzu ilə sevgili olan model onlardan sirr saxlamadı - FOTOLAR

15 May 02:00 Hadisə 2 144
Dünya futbolunun iki ulduzu ilə sevgili olan model onlardan sirr saxlamadı - FOTOLAR

Cazibədar model Raffaella Fiko futbol azarkeşlərinə müəyyən qədər tanışdır.

O, bu idman növündə Kriştiano Ronaldo və Mario Balotelli kimi məşhur futbolçularla münasibətləri ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, italiyan gözəl ölkəsində aktrisa, aparıcı, model və “Böyük Qardaş” realiti-şousunun iştirakçısı kimi tanınır.

Onun eşq macəraları isə erkən yaşda Ronaldo ilə başlayıb. İtaliya futbolunun "pis oğlanı" hesab edilən Balotellidən bir övlad dünyaya gətirib.

"Mənim 20 və ya 21 yaşım var idi, tədbir üçün Sardiniyada idim. Həmin mərasimdə Ronaldo ilə tanış oldum.

O, mənə yaxınlaşdı və suallar verməyə başladı. Bir-birimizə nömrəlirimizi verməyə başladıq. Bu kiçik hekayə belə başladı", - deyə Fiko portuqaliyalı superulduzla sevgi macərsı barədə danışıb.

Daha sonra ondan qızının atası olan Mario ilə münasibəti soruşulub:

“Balotelli ilə gecə klubunda tanış oldum. Ora bacısı ilə getdim. Ona telefon nömrəmi verdim, sonra danışmağa başladıq. Birlikdə çıxdıq və günün sonunda o, maşından bir buket qızılgül çıxarıb mənə verdi. Ata olmaq istəmədi, ona görə də məndən DNT testi etməyimi istədi. Bəlkə də çox gənc olduğuna görə ilk vaxtlar ata olmağı xoşlamırdı. Mən onu qınamıram, hər şeyə görə bağışlamışam. Çünki münasibətimizdən bir qız dünyaya gəlib. O, mənim böyük sevgimdir. Birlikdə olduğumuz zaman Mario mənə xəyanət etdi. Onu çox sevirdim”.

Digər Xəbərlər
Xəbər Lenti