Orxan Məmmədov minifutbolda Azərbaycan modelini yaradır - VİDEO

16 May 2024 19:20 Hadisə 1 506
Orxan Məmmədov minifutbolda Azərbaycan modelini yaradır - VİDEO

"Azərbaycan Minifutbol Federasiyası dünyada bu idman növündə Azərbaycan modelini yaradıb.

Yüksək təşkilatçılıq, işə peşəkar yanaşma sayəsində minifutbolda beynəlxalq səviyyədə Azərbaycan nümunəsindən ağızdolusu danışılır".

Bu sözlər "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist başa çatan minifutbol üzrə Azərbaycan çempionatının finalında ("Birbaşa Bakı"- "Aznur") iştirak edib, gördükləri barədə geniş danışıb.

O, deyib ki, federasiyanın prezidenti Orxan Məmmədovun gördüyü işlər təqdirəlayiqdir:

"Ötən il Ulu Öndərin 100 illiyinə həsr edilən beynəlxalq turnirdəki mükəmməl təşkilatçılıqdan sonra Azərbaycan daha mötəbər yarışlara ev sahibliyi etməyə layiq olduğunu göstərdi.

Qarşıda millimizi Avropa çempionatı gözləyir. Millimiz turnirə mükəmməl şəkildə hazırlaşıb. Taktiki, mental olaraq buna çox inanırlar. İnananlar isə həmişə istədiklərinə nail olublar".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti