Paşinyan Şuşayla bağlı sualı cavabsız qoydu

28 Yanvar 2021 14:50 Hadisə 1 547
Paşinyan Şuşayla bağlı sualı cavabsız qoydu

Sportinfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yerablur hərbi panteonunu ziyarət edib.

O, burada Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən erməniləri yad edib.

Bu zaman jurnalistlərdən biri ondan Şuşanın Azərbaycan şəhəri hesab edib-etmədiyini soruşub.

N.Paşinyan isə sualı cavabsız qoyaraq daha sonra xatırladılmasını istəyib. Hökumət başçısı jurnalistə əgər sualı yazılı şəkildə təqdim edərsə, canlı olaraq cavablandıracağına dair söz verib.

Bununla yanaşı, N.Paşinyan jurnalistin məhbuslarla bağlı sualını da cavabsız qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi