Ermən hərbi analitik: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"

24 Yanvar 2021 21:10 Hadisə 557
Ermən hərbi analitik: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"

"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında demək olar dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.

Sportinfo.az xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.

"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.

“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkinləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.

Yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu