Azərbaycanda yoluxan və ölənlərin sayı artdı - QORXULU GEDİŞAT

1 Dekabr 2020 14:50 Gündəm 692
Azərbaycanda yoluxan və ölənlərin sayı artdı - QORXULU GEDİŞAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"