COP29

Bu yol minatəmizləmə işləri üçün bağlandı - Vətəndaşlara xəbərdarlıq edildi

24 Aprel 15:30 Gündəm 608
Bu yol minatəmizləmə işləri üçün bağlandı - Vətəndaşlara xəbərdarlıq edildi

Ermənistanın Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin həyata keçirilməsi üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, vətəndaşlara həmin ərazilərdən kənar durmaqla bağlı xəbərdarlıq edilib.

Həmçinin qeyd olunub ki, delimitasiyadan sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına təhvil veriləcək.

Aprelin 22-də Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində minatəmizləmə işlərinə başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti