Nə Sumqayıtda, nə də Xankəndidə – AFFA və PFL-dən FƏRQLİ QƏRAR

15 Mart 2024 14:00 Gündəm 1 125
Nə Sumqayıtda, nə də Xankəndidə – AFFA və PFL-dən FƏRQLİ QƏRAR

Azərbaycan kubokunun finalı nə Sumqayıtda keçiriləcək, nə də Xankəndidə.

Bu haqda günlər öncə yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Peşəkar Futbol Liqasından (PFL) redaksiyamıza daxil olan informasiyaya görə, iyulun 2-də düzənlənəcək qarşılaşma ilə bağlı variantlardan biri konkretləşdirilib.

Matç, böyük ehtimalla, Mərdəkanda - AFFA-nın balansında olan stadionda təşkil ediləcək. Federasiya ilə müvafiq razılıq əldə olunub.

Bildirilib ki, Sumqayıtda yeni istifadəyə verilən Mehdi Hüseynzadə adına stadionun namizədliyi son anda gündəmdən çıxıb. Bu da arenada mövcud olan bir sıra texniki çatışmazlıqlarla bağlıdır.

Xankəndinə gəlincə, burada əsas problem süni qazondan qaynaqlanır. Uzun illər dəyişdirilməyən və keyfiyyətini itirən meydança ciddi təhlükə mənbəyidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!