Növbəti köç karvanı Laçına çatdı, evlərin açarları təqdim olundu - FOTO

31 May 2024 21:50 Gündəm 589
Növbəti köç karvanı Laçına çatdı, evlərin açarları təqdim olundu - FOTO

Mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb, ailələrə mənzillərinin açarları təqdim olunub.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu