COP29

Premyer Liqa, I Liqa və II Liqa ilə bağlı AFFA-nın yeni prezidentindən GÖSTƏRİŞ

30 Aprel 11:00 Gündəm 3 639
Premyer Liqa, I Liqa və II Liqa ilə bağlı AFFA-nın yeni prezidentindən GÖSTƏRİŞ

AFFA rəhbərliyinin nə vaxt toplaşacağı məlum olub.

İcraiyyə Komitəsi (İK) mayının 10-15-i aralığında bir araya gələcək.

Aprelin 2-də federasiyanın prezidenti seçilən Rövşən Nəcəf ali qərarverici orqanın qarşıdakı iclasına hazırlıqla bağlı baş katibliyə xüsusi tapşırıq verib.

AFFA-nın sayca dördüncü rəhbəri yığıncağın gündəliyinə salınacaq məsələlərin müəyyənləşdirilməsini və onların öncədən onunla razılaşdırılmasını istəyib.

Komitənin yeni tərkibi ilk dəfə aprelin 2-də yığışıb. Tanışlıq xarakteri daşıyan həmin tədbirdə heç bir qərar qəbul olunmayıb.

Bütün vacib işlər gələn ay keçiriləcək iclasa saxlanılıb.

Bura əsas və aşağı yaş qrupları üzrə millilərin yeni baş məşqçilərinin təyinatı, Premyer Liqa, I Liqa və II Liqanın növbəti mövsümüylə əlaqəli planlar, legioner limiti və digər məsələlər daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı