Bakı 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçildi

6 May 2024 19:20 Gündəm 1 372
Bakı 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Sportinfo.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu