COP29

Lionel Messi: “Azərbaycan mədəniyyəti və insanları ilə tanış oldum"

12 Dekabr 2024 00:30 Gündəm 587
Lionel Messi: “Azərbaycan mədəniyyəti və insanları ilə tanış oldum"

Azərbaycanın mədəniyyəti və insanları ilə tanış oldum.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Argentina millisinin və "İnter Mayami"nin (ABŞ) ulduzu Lionel Messi deyib.

"Hər kəsi salamlayıram. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyə görə çox sağ olun", - deyə o bildirib.

L.Messi ilə birlikdə Bakıya onun komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba da gəliblər.

Bakı Kristal Zalında təşkil edilən tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar