Vatsap yeni funksiyanı təqdim etməyə hazırlaşır

27 İyun 2024 15:30 Gündəm 1 108
Vatsap yeni funksiyanı təqdim etməyə hazırlaşır

Vatsap messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Bu barədə məlumatı “WABetaInfo” dərc edib.

Məlumata görə, bununla da status yeniləmələrini daha asan paylaşmaq mümkün olacaq.

Belə ki, yeni interfeys istifadəçilərə “mətn”, “video” və “fotoşəkil” bölməsi təqdim edəcək. Bu da müxtəlif media formatları arasında sürətlə keçid etməyə imkanı yaradacaq.

Məsələn, istifadəçi əvvəlcə mətn statusu paylaşmağı planlaşdırsa da, sonradan fikri dəyişə bilər.

Mesajlarını fotoşəkillər vasitəsilə çatdırmaq qərarına gəldikdə, yeni funksiya vasitəsilə status yeniləmələri bölməsindən çıxmadan seçim edərək paylaşım edə biləcək.

Qeyd olunur ki, vatsap indi bu funksiyanı bəzi testerlər vasitəsilə sınaqdan keçirir, yaxın zamanlarda istifadəçilər üçün əlçatan olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi