Legionerlər “bunt” edir - Müharibə gedir, biz komandaya qayıtmaq istəmirik

25 İyun 2024 00:50 Gündəm 1 970
Legionerlər “bunt” edir - Müharibə gedir, biz komandaya qayıtmaq istəmirik

“Makkabi”nin (Hayfa) Konfransı Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”la qarşılaşacaqları oyundan əvvəl qeyri-müəyyənliklə üzləşib.

Sportinfo.az İsrailin “ONE” portalına istinadən xəbər verir ki, komandada əcnəbi futbolçularla bağlı vəziyyətin necə olacağı hələ ki, bəlli deyil.

Hazırda klub legionerləri komandada saxlamağın yolunu tapa bilmir. Çünki bəzi əcnəbi futbolçular İsraildəki müharibə səbəbindən komandada oynamaqdan imtina edə bilər.

"Sabah" - "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi