AFFA-nın prezidenti "düymə"ni basdı - Bu vəzifəli şəxslər göndərilir…

20 İyun 2024 14:40 Gündəm 3 573
AFFA-nın prezidenti "düymə"ni basdı - Bu vəzifəli şəxslər göndərilir…

Yaxın günlərdə AFFA-da islahatlara start veriləcək.

Bu barədə göstəriş Rövşən Nəcəfdən gəlib.

Aprelin 2-də federasiyanın başına keçən R.Nəcəf qurumda «təmizlik tədbirləri»nin görülməsini tapşırıb.

Buna əsasən, iyulun 1-dən etibarən AFFA-dan ayrılıq xəbərlərini alacağıq.

Yeni prezidentin istəyi ilə başlanacaq islahatların ilk dalğası bir neçə departament və komitəni əhatə edəcək. Həmin orqaqlara rəhbərlik eləyən sədrlər vəzifəsi ilə vidalaşacaq.

Hansılar ki, bu şəxslər Elxan Məmmədovun kadrları sayılır və uzun müddətdir AFFA-da fəaliyyət göstərir.

Sabiq icraçı vitse-prezident və baş katib tərəfindən federasiyaya yerləşdirilmiş funksionerlərin dəqiq siyahısı hələ ayyarım öncə R.Nəcəfə təqdim olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi