COP29

“Qarabağ”, “Sabah” və “Neftçi” - Onu gətirmək üçün bundan yaxşı şans ola bilməz!

15 İyun 16:40 Gündəm 7 160
“Qarabağ”, “Sabah” və “Neftçi” - Onu gətirmək üçün bundan yaxşı şans ola bilməz!

Azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı və pərəstiş etdiyi Aleksey Kaşukla bağlı sevindirici xəbər var.

Sportinfo.az xəbər verir ki, 2022-ci ilin yanvarından 2023-ün mayına qədər “Sabah”ın heyətində xarüqələr yaratmış ukraynalı vinger hazırda azad agent statusuna sahibdir.

Kaşukun Donetsk “Şaxtyor”u ilə müqaviləsinin müddəti bu ayın sonuna qədərdir.

Bu isə o deməkdir ki, Azərbaycan klubları onu heyətinə qatmaq üçün böyük məbləğə qatlaşmayacaq. Yalnız özünə çatacaq illik əməkhaqqının şərtlərini razılaşdırmaqla onu yenidən Premyer Liqaya qaytarmaq olar.

Yəqin ki, “Qarabağ”, “Sabah” və “Neftçi” Alekseylə güclənmək üçün müəyyən mələğdən keçməyə razı olacaq.

23 yaşlı futbolçu ötən mövsüm Ukrayna çempionatında 30 mümkün oyundan 10-da meydanda olmaqla 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 2024-cü ildə ümumiyyətlə meydana çıxmayıb.

O, vaxtilə “Sabah”ın heyətində şans qazandığı 41 qarşılaşmada 18 qol vurub, 12 assistin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti