A və B qrupunun I turunun oyunlarının hakimləri - AVRO-2024-də

13 İyun 2024 21:40 Gündəm 707
A və B qrupunun I turunun oyunlarının hakimləri - AVRO-2024-də

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında A və B qruplarının I turunun görüşlərini idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə A qrupunun matçları çərçivəsində üz-üzə gələcək Macarıstan və İsveçrə millilərinin görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

B qrupunun İspaniya - Xorvatiya qarşılaşmasına ingiltərəli Maykl Oliver təyinat alıb.

Eyni qrupun İtaliya - Albaniya matçında isə almaniyalı Feliks Çvayer ədaləti qoruyacaq.

Hər üç görüş iyunun 15-də keçiriləcək. Almaniya və Şotlandiya yığmaları arasında reallaşacaq turnirin açılış matçının hakimləri isə daha əvvəl açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”