"Mahir Emreli həmin təkliflə razılaşmaq istəyir"

31 May 2024 11:40 Gündəm 6 522
"Mahir Emreli həmin təkliflə razılaşmaq istəyir"

“Dinamo”nun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin yaxın gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, “Jutarnji list”ə açıqlama verən Zaqreb klubunun çalışdırıcısı millimizin üzvü barədə bunları deyib:

"Bildiyim qədər Emreliyə təklif var. Düşünürəm ki, o, həmin təkliflə razılaşmaq istəyir.

Haliloviçin isə müqaviləsi başa çatır, idman direktoru onunla danışacaq. Moharrami isə reabilitasiya mərhələsindədir.

Bütün həmin oyunçular bu çempionatda “Dinamo”ya çox şey verdilər. Hər biri bizim üçün vacib oyunçudur".

26 yaşlı futbolçu 2022-ci il fevralın 2-də “Dinamo”ya keçib və 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi