"Neftçi"nin sabiq rəhbər fiquru AFFA-dan təklif aldı – GİZLİ GÖRÜŞ

30 May 2024 13:00 Gündəm 3 110
"Neftçi"nin sabiq rəhbər fiquru AFFA-dan təklif aldı – GİZLİ GÖRÜŞ

Deyəsən, «Neftçi»nin sabiq vitse-prezidenti Tahir Süleymanovun işsiz günləri başa çatmaq üzrədir.

10 ildir dəvət gözləyən tanınmış futbol funksioneri yeni çağırış alıb.

O, bu məqsədlə AFFA-nın binasına baş çəkib.

Federasiyada icraçı vitse-prezident Sərxan Hacıyev və azsaylı idarəçilərlə bir araya gəlib. Görüş 1 saatdan çox sürüb.

Güman etmək olar ki, Süleymanov ona daha doğma sayılan hakimlik sahəsinə dönə bilər. Necə də olmasa, sabiq FİFA referisidir və müvafiq komitənin rəhbərliyinə gətirilməsi mümkündür.

Hər halda son 2 ildə sədr postunu tutan Barış Şimşek vəzifəsi ilə vidalaşmaq ərəfəsindədir. AFFA rəhbərliyi türkiyəliyə yeni müqavilə təklif etməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu