"Mahirə başqa klublardan təkliflər var, getmək istəyir"

30 May 2024 12:40 Gündəm 820
"Mahirə başqa klublardan təkliflər var, getmək istəyir"

Azərbaycan millisinin hücumçusu, Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emreli komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bunu klubun baş məşqçisi Sergey Yakiroviç “Sportske”yə müsahibəsində deyib.

O, bəzi futbolçuların “Dinamo”dakı taleyi ilə bağlı sualları cavablandırıb.

Mahirin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyini bildirib:

“Onun böyük ehtimalla reallaşacaq təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”.

M. Emrelinin 2022-ci ilin fevralından çıxış etdiyi “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi