I Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO

13 May 2024 21:50 Gündəm 615
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

Şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub.

O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi