COP29

30 ildən sonra meyitinin qalıqları tapılan Elşad dəfn edildi - FOTOLAR

7 May 18:30 Gündəm 296
30 ildən sonra meyitinin qalıqları tapılan Elşad  dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Elşad Qayımov mayın 7-də dəfn olunub.

AZƏRTAC xəbər verir ki, o, doğma yurdu Xaçmazda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Qayımov Elşad Şirin oğlu 8 yanvar 1974-cü ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb.

Birinci Qarabağ müharibəsində Füzuli rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb.

1994-cü ildə valideynlərinə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.




Digər Xəbərlər
Xəbər Lenti