COP29

"Azərbaycana hücum etmək istəyirsizsə..."

7 May 17:10 Gündəm 409
"Azərbaycana hücum etmək istəyirsizsə..."

"Aksiya iştirakçılarının nə etdiklərini, hansı təklif və tələblərinin olduğunu bilmirəm".

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşdan İrəvana yürüşlə bağlı sualı cavablandırarkən deyib.

Jurnalistlər “tələblərinin sərhədlərin delimitasiyası prosesi və birtərəfli güzəştlərin dayandırılması olduğunu” söyləyəndə Simonyan belə cavab verib:

“Bəs Azərbaycana hücum? Mən siyasətçiyəm, mən və vətəndaşlarımız siyasi təklif eşitməmişik. Razılaşmadığım fərqli fikirdə olan bütün vətəndaşlara hörmət edirəm. Amma mən siyasi tələb eşitmədim.

Əgər onların təklifi Azərbaycana qarşı hansısa addım atmaq, başqa addımla hücuma keçməkdirsə, (özləri) dəstələr formalaşdırsınlar.

Ermənistan birtərəfli güzəştə getmir, Ermənistan sərhəddini müəyyənləşdirir və bu proses davam edəcək. Qanuni əsasları olan xəritələrlə... Biz həmin xəritələrə və hüquqi əsaslara tam sahibik”.

Yürüş iştirakçılarının sayının artması və mümkün hakimiyyət dəyişikliyi ehtimalına toxunan spiker bildirib:

“Bilmirəm, iştirakçıların sayı artır, ya yox, bununla bağlı heç bir şərhim yoxdur. Çoxalsınlar, gəlsinlər, səslərini eşitdirsinlər. Amma Ermənistanda hakimiyyət dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək seçkilərlə mümkündür”.

Təxribatçı yürüşə keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Mayın 4-də başlayan yürüş ayın 9-da İrəvana çatmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti