Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4 May 2024 18:30 Gündəm 447
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb.

Bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Keşiş bildirib ki, Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu