"Sportinfo" Daxili İşlər Nazirliyinə müraciət etdi - TƏCİLİ

30 Aprel 2024 17:00 Gündəm 1 104
"Sportinfo" Daxili İşlər Nazirliyinə müraciət etdi - TƏCİLİ

Əməkdaşımız Xanoğlan İmanov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.

Onun müraciətinə səbəb Sportinfo.az saytının "feysbuk" hesabında Ruslan Eliyev adlı izləyici tərəfindən təhqir olunmasıdır.

Xanoğlan İmanovun 27 aprel, saat 11:20-də Sportinfo.az-da yayımlanan "Buyurun, bu da sizə yeni kapitan Yuri Matias" başlıqlı yazısı paralel olaraq saytın "feysbuk"dakı rəsmi hesabından da paylaşılıb.

Adıçəkilən şəxs həmin paylaşımın rəy bölümündə yazının müəllifi Xanoğlan İmanovu çox ağır formada təhqir edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarova ünvanlanan müraciətə çox qısa zamanda cavab gəlib.

DİN rəsmisi cavab məktubunda bildirib ki, araşdırma başladılıb, ən yaxın zamanda araşıdırmanın yekunu barədə məlumat veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu