Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Almatıda görüşəcək

29 Aprel 2024 21:30 Gündəm 563
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Almatıda görüşəcək

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər”.

Bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.

“Bildiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi əsasında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə razılıq var. Görüşün Almatıda baş tutacağı dəqiqləşib”, - deyə Badalyan qeyd edib.

Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəyini deyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi