COP29

Bakının bu ərazisi plana düşdü: Tamamilə söküləcək

29 Aprel 12:50 Gündəm 1 053
Bakının bu ərazisi plana düşdü: Tamamilə söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotok" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir.

Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib. Həmin ərazilərdə Dənizkənarı Bulvarın salınması planlaşdırılır.

Bakı şəhərinin Baş planına əsasən, tikinti-söküntü işlərinə 2026-cı ildə başlanacaq və 2030-cu ildə işlər yekunlaşdırılacaq.

Həmin ərazilər 20 il öncə plana düşüb və ərazidəki evlərin bir hissəsi köçürülüb. Lakin köçürülmüş evlərin yerində zavod tikilib.

“Elektrotop” qəsəbəsində yerləşən Energetika zavodunun söküntü işlərinə bir neçə il əvvəl başlanılıb. Zavod Səngəçala köçürülür. Zavodun tam olaraq sökülməsi başa çatdıqdan sonra ərazidəki evlərlə bağlı işlərə başlanacaq.

Sözügedən ərazidə 4 minə qədər sənədsiz ev tikilib və əhalinin sıx məskunlaşdığı yaşayış massividir.

Digər Xəbərlər
Xəbər Lenti